Rauf Murqədirovun apelyasiya şikayəti üzrə məhkəmə təxirə salındı

03.03.2016 - 15:40

raufBu gün Bakı Apellyasiya Məhkəməsində həbsdə olan jurnalist Rauf Murqədirovun apelyasiya şikayəti üzrə məhkəmə prosesi başlamalı idi.

Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Abid Abdinbəyov sədrlik edib. Rauf Mirqədirov məhkəmə zalına gətirilib.

Vəkil Fuad Ağayevin müxbirimizə verdiyi məlumata görə, qapalı keçirilməli olan iclas başlamadan martın 16-na qədər təxirə salınıb. Buna səbəb kimi məhkəmənin ilkin baxış qərarından kassasiya şikayəti vermək üçün olan müddətin başa çatmaması göstərilib.

Xatırladaq ki, Rauf Mirqədirov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunub. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il müddətinə azadlıqdan məhrum edilib.

Bu hökmdən apellyasiya şikayəti verilib, şikayətdə jurnalistə bəraət verilməsi xahiş olunur.

Qeyd edək ki, R.Mirqədirov 2014-cü il, aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya olunub. R.Mirqədirov Azərbaycanın suverenliyi, dövlət təhlükəsizliyi, ərazi toxunulmazlığı və müdafiə qabiliyyəti zərərinə olaraq 2008-ci ilin aprelindən etibarən Ermənistanın xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən məxfi əməkdaşlığa cəlb edilərək onların tapşırıqları əsasında Azərbaycana qarşı düşmənçilik fəaliyyəti aparılmasında istifadə üçün ölkədəki ictimai-siyasi, hərbi sahədəki vəziyyət, həmçinin dövlət sirri təşkil edən digər məlumatları fotoşəkilllər və sxemlərlə birlikdə Ermənistan, Gürcüstan və Türkiyə ərazisində dəfələrlə görüşüb onlara verməsində əsaslı şübhələr olduğundan həmin faktla bağlı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət işi başlanıb.

Ötən il aprelin 19-da saxlanılan R.Mirqədirov barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Bundan sonra həbs-qətimkan tədbirinin müddəti bir neçə dəfə uzadılıb.

Jurnalistlə bağlı istintaq Milli Təhlükəsizlik Nazirliyi tərəfindən aparılıb. R.Mirqədirov isə ittihamları rədd edir və həbsinin fəaliyyəti ilə bağlı olduğunu deyir.

Short URL: http://www.cumhuriyyet.net/?p=56467

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728