DYP-dən polkovnikin döyülməsinə Reaksiya

03.03.2016 - 16:04

vasif-esedovBakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov paytaxtda yol polisinin Müdafiə Nazirliyinin polkovniki Mehman Yusifova qarşı fiziki güc tətbiq etməsi haqda yayılan xəbərlərə aydınlıq gətirib.

DYP rəsmisi AzVision.az-a açıqlamasında hazırda bu məsələ ilə bağlı araşdırma aparıldığını bildirib.

Onun sözlərinə görə, hadisə ilə əlaqədar polkovnik Mehman Yusifov tərəfindən ötən gün axşam saatlarında Suraxanı rayonu Polis İdarəsinin 33-cü polis bölməsinə şikayət ərizəsi daxil olub.

“Hadisə ilə bağlı ciddi araşdırma aparılır. Araşdırmanın nəticəsi ilə bağlı ictimaiyyətə geniş məlumat veriləcək”-deyə V.Əsədov bildirib.

Qeyd edək ki, fevralın 24-də saat 23:00-da DYP müfəttişləri Yeni Günəşli qəsəbəsinin Beşinci yaşayış sahəsi yaxınlığında Mehman Yusifovun avtomobilini saxlayıb. Polislər iddia ediblər ki, Yusifov yol hərəkəti qaydalarını pozub.

Polkovnik isə bunun əksini sübut etməyə çalışıb. Bu zəmində polis əməkdaşları ilə mülki geyimdə olan Yusifovun arasında münaqişə yaranıb. Münaqişə zamanı polislər yumruqlarını işə salıblar və hətta həmkarlarını köməyə çağırıblar.

Zərərçəkmişin sözlərinə görə, polis əməkdaşları ona bədən xəsarətləri yetiriblər.

Short URL: http://www.cumhuriyyet.net/?p=56476

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728