AzTV İlhamə Quliyevanın oğlu haqda : “Onun yaydığı məlumat tamamilə yalandır”

03.03.2016 - 17:08

ilhameMərhum xalq artisti İlhamə Quliyevanın ölümündən sonra adı ətrafında qalmaqal davam edir. Bu dəfə qalmaqal İlhamə Quliyevanın maaş kartı ətrafında yaranıb. İlhamə Quliyeva Azərbaycan Televiziya və Radio açıq Səhmdar Cəmiyyətinin səsyazma studiyasında birinci müavini olub. Bir neçə gün öncə isə onun oğulluğu Orxan Nadirov açıqlamasında əməkhaqqı kartının dondurulması ilə bağlı açıqlama verib.

Day.Az bildirir ki, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəisi Xatirə Qasım cebhe.info-ya deyib ki, mərhum xalq artistinin əməkhaqqı kartı AzTv tərəfindən dondurulmayıb: “O, bir müddət xəstəxanada yatdı. Biz ondan xəstəlik haqqında sənəd gözləyirdik. Lakin dünyasını dəyişdi və hal-hazırda da kartı dondurulmayıb. Onun oğulluğunun bu barədə yaydığı məlumat tamamilə yalandır”.

O ki qaldı İlhamə xanımın yerinə yeni təyinata, bu məsələ hələ gündəmdə deyil: “İmkan verək ki, 40-ı çıxsın, ondan sonra bu məsələyə baxılacaq. Biz hamımız müsəlmanıq, İslam dininə ibadət edirik. İmkan verək bir hadisələr cərəyan etsin, xəbər soyusun, ondan sonra. Hər şey sakitləşdikdən sonra, təbii ki, İlhamə xanımın yerinə təyinat olacaq”.

Qeyd edək ki, mərhum xalq artistinin mirası üçün qalmaqallar daha da böyüməkdədir.

Short URL: http://www.cumhuriyyet.net/?p=56500

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728