Əməkdar artistdən şok açıqlama: “İlhamə Quliyeva demişdi ki, mirasımı Ruslana verəcəm”

07.03.2016 - 12:39

ilhame3Əməkdar artist Firuzə İbadova mərhum xalq artisti İlhamə Quliyeva ilə bağlı xatirələrini bölüşüb.

Cümhuriyyət.az axşam.az-a istinadən bildirir ki, müğənni mərhumun bütün var-dövlətini nəvəsi Ruslana vəsiyyət etdiyini bildirib:

“Onunla sonuncu görüşümüzdə evində qonaq olmuşdum. Qəfildən dedi ki, “Ruslanım üçün burnumun ucu göynəyir. Nəyim var Ruslanımındır. Mən ölüb gedəcəm, olan mirasım uşağıma, nəvəmə qalacaq”.
Dedim ki, zəng vur gəlsinlər yanına. Cavab verdi ki, “Yox, anası işdə olur, Orxan (oğlu Orxan Nadirov) da öz iş-gücündə. Bazar günü gələrlər”.

F.İbadova mərhumun planlarından da bəhs edib:

“Hazırlaşırdı ki, Novruz bayramında Şəmkirə, əsgərləri ziyarətə getsin. Yeni mahnılar, duetlər yazdırmaq istəyirdi”.

Qeyd edək ki, İ.Quliyeva fevralın 25-də dünyasını dəyişib.

Short URL: http://www.cumhuriyyet.net/?p=56860

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728