İlahm Əliyevin işdən çıxardığı sabiq icra başçısı villasını satır – FOTOLAR
Vətəninfo.az-a daxil olan məlumata görə, Salyan Rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimov ölkə prezidenti tərəfindən tutduğu vəzifəsindən uzaqlaşdırıldıqdan sonra, Salyan rayonundan şələ-şüləsini toparlamağa çalışır. Adını açıqlamaqdan imtina edən Salyan Rayon İH-dəki mənbə bildirib ki, Tahir Kəromov icra başçısı kimi fəaliyyəti dövründə, bu rayonda sahibkarların incidilməsi, dövlət büdcəsindən ayrılan xərclərin qeyri-şəffaf xərclənməsi, inzibati binaları özəlləşdirib, ələ keçirilməsi ilə yanaşı rayon İH-nin yaxınlığında özünə dəbdəbəli villa belə, inşa etmişdi. İndi isə cənab Kərimov yavaş-yavaş ələ keçirdiklərini bəzi adamlara satmaq üçün təklif edir. Satmaq istədikləri arasında isə ilk olaraq dövlətin büdcəsindən mənimsədiyi milyonlar hesabına tikdirdiyi villasıdır.
Məlumata görə, Tahir Kərimov villasından sadəcə olaraq geyim əşiyaların toplayıb götürür və villah içərisindəki bahalı mebelləri ilə birlikdə satır.
Adını açıqlamaqdan imtina edən mənbənin verdiyi xəbəri dəqiqləşdirmək üçün Tahir Kərimovun məlum mobil telefonuna zəng etsək də, təssüflər olsun ki, cənab Kərimovun mobil telefonu söndürülmüşdü.
Short URL: http://www.cumhuriyyet.net/?p=56872