Azərbaycanı “Eurovision”da o təmsil edəcək? – FOTOLAR

08.03.2016 - 15:11

semra-rehimliAzərbaycanın “Eurovision -2016” mahnı müsabiqəsində təmsil edəcək iştirakçının kimliyi ilə bağlı məlumatlar yayılıb.

Cümhuriyyət.az-ın Qafqazinfo-ya istinadən məlumatına görə, bu il İsveçin paytaxtı Stokholm şəhərində keçiriləcək müsabiqədə “Səs Azərbaycan”ın finalçısı Səmra Rəhimlinin təmsil edəcəyi iddia olunur.

Bununla bağlı sosial şəbəkələrdə də müğənninin dostları paylaşımlar ediblər, onu bu münasibətlə təbrik mesajları yazıblar.

Azərbaycanın “Eurovision” fan səhifəsi olan “İNFE Azerbaijan”da Səmranın ölkəmizi təmsil edəcəyi elan edilib.

Məsələ ilə bağlı İctimai Televiziya və Radio Yayımları şirkətinin (İTV) sözçüsü Akif Cabbarlı açıqlamasında xəbəri nə təsdiq, nə də inkar edib:

“Azərbaycanı təmsil edəcək şəxsin kimliyi mart ayının 14-də açıqlanacaq. Bu barədə danışmaq istəmirəm. Milli seçim turlarının nəticələrini elan edəcəyik, İTV-nin rəsmi saytında yayımlayacağıq”.

Qeyd edək ki, Səmra Rəhimli “Səs Azərbaycan” musiqi yarışmasında 4-cü yerə çıxıb.

Xatırladaq ki, Səmra Rəhimli bir müddət əvvəl “O səs Türkiyə” verilişi ilə gündəmə gəlmişdi. Belə ki, azərbaycanlı iştirakçı müsabiqədə yarımfinalda məğlub olmuşdu.

Short URL: http://www.cumhuriyyet.net/?p=57030

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728