MTRŞ: Aygün Kazımovanın iştirak etdiyi verilişdə qanun pozuntusu yoxdur (VİDEO)

09.03.2016 - 15:42
aygun-namiq“Xəzər” televiziyasında yayımlanan və xalq artisti Aygün Kazımovanın da iştirak etdiyi “55” verilişində qanun pozuntusu yoxdur”.
Bunu “Report”a açıqlamasında Milli Televiziya və Radio Şurası (MTRŞ) Aparat rəhbəri Toğrul Məmmədov deyib.
T.Məmmədov bildirib ki, xalq artisinin həmin verilişdə səsləndirdiyi cümlənin hansı fikri ifadə etdiyini onun özündən başqa heç kim bilmədiyi üçün bu hal qanun pozuntusu kimi hesab oluna bilməz: “Aygün Kazımova verilişdə işlətdiyi fikirlərlə nə demək istədiyini ancaq özü bilir. Onun həmin fikirləri ilə nəyi ifadə etmək istədiyini bilmədiyimiz üçün bu hal MTRŞ tərəfindən qanun pozuntusu hesab edilə bilinməz. Yəni verilişdə qanun pozuntusu faktı müşahidə olunmur”.
Qeyd edək ki, verilişdə A.Kazımova meyxanaçı Namiq Qaraçuxurlunun oxşarı Elman Məmmədov da iştirak edib. A.Kazımov E.Məmmədovun Namiq qaraçuxurluya çox oxşadığını deyib: “Gedək indi o biri otaqda deyim, tam oxşayırsan, yoxsa yox”. Xalq artistinin işlətdiyi sonuncu cümlə sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olub.

Short URL: http://www.cumhuriyyet.net/?p=57219

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930