Ali Məhkəmə: Hacı Məmədovun ərizəsi plenuma çıxarılmayacaq

10.03.2016 - 15:46

haci-memmedovAli Məhkəmədə Daxili İşlər Nazirliyinin (DİN) həbsdə olan sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədovun ərizəsi ilə bağlı rəy verilib.

Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, H.Məmmədovun ərizəsi araşdırılıb və ərizəsinin plenuma çıxarılmamasına rəy verilib.

Qeyd edək ki, bir müddət əvvəl Hacı Məmmədov yeni açılmış hal üzrə məhkəməyə müraciət edib. Onun müraciəti hakimin icraatına verilib və hakim tərəfindən öyrənilib.

Qanunvericiliyə əsasən, hakim daxil olmuş ərizə ilə bir ay müddətində tanış olur. Bundan sonra ərizənin məhkəmənin plenumuna çıxarılıb-çıxarılmaması ilə bağlı rəy yazır.

Xatırladaq ki, DİN-in sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədov və daha 26 nəfər 2005-ci ilin martın 9-dan 10-na keçən gecə MTN-in həyata keçirdiyi “Qara kəmər” əməliyyatı nəticəsində həbs ediliblər.

H.Məmmədova qarşı Cinayət Məcəlləsinin 80 maddəsi ilə ittiham irəli sürülüb, barəsində əmlakı müsadirə olunmaqla ömürlük həbs cəzası çıxarılıb.

Məhkəmənin qərarına əsasən, DİN-in Baş Cinayət Axtarış İdarəsinin keçmiş rəisi Zakir Nəsirov və daha 8 nəfər də ömürlük həbs cəzasına məhkum edilib.

Short URL: http://www.cumhuriyyet.net/?p=57350

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728