Maliyyə Nazirliyi: ”Bəs Mossad, Böyük Britaniya harada qaldı?!”

10.03.2016 - 17:06

samir-serifov4”Yuri Şvetsin iddialarının nə qədər qeyri-ciddiliyi isə elə ilk baxışdan görünür və istehza doğurur”

ABŞ-ın maliyyə analitiki Yuri Şvetsin Ukraynanın “Qordon” agentliyinə Azərbaycanın maliyyə naziri Samir Şərifov haqqında verdiyi müsahibə iki gündür müzakirə predmetinə çevrilib.

Yuri Şvets Samir Şərifovun üç ölkənin – Rusiya, Türkiyə və ABŞ-ın xüsusi xidmət orqanları ilə eyni vaxtda əməkdaşlıq əlaqələrinin olduğunu iddia edib.

“APA-Economics” bu iddialarla bağlı Maliyyə Nazirliyinin də mövqeyini öyrənməyə çalışıb.

Nazirliyin mətbuat katibi Mais Piriyev bildirib ki, ayrı-ayrı şəxslərin təxribat xarakterli cəfəng iddialarına şərh vermək fikrində deyil: “Yuri Şvetsin iddialarının nə qədər qeyri-ciddiliyi isə elə ilk baxışdan görünür və istehza doğurur. Elə üç ölkə?! Bəs Mossad, Böyük Britaniyanın, eləcə də başqa ölkələrin xüsusi xidmət orqanları harada qaldı?!”

Short URL: http://www.cumhuriyyet.net/?p=57366

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930