Hafiz Hacıyev sabiq İcra başçısını “tərbiyəsiz” adlandırdı
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Moderator.az -a ilginc açıqlama verib.
Partiya sədri bildirib ki, Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Mahmud Quliyevin kim olduğunu hamı gördü: “Bu tərbiyəsiz adam insanlara söyüş – təhqir yağdırdı, sonra da vəziyyətdən çıxmaq üçün dedi ki, ərk eləmişəm, qohumlarım olub. Görün necə düşüncə tərzinə malik adam rayonun rəhbəri idi.
Mən bu günə qədər bu insanlar haqda dəfələrlə açıqlama verərək demişəm ki, bu tərbiyəsizlər, rüşvətxorlar vəzifəsindən azad olunmalıdır. Məni qınayanlar, təhdid edənlər olsa da gördüyünüz kimi dediklərimin hamısı özünü doğrultmaqdadır. Mən bir addım da geri çəkilməyəcəm”.
Short URL: http://www.cumhuriyyet.net/?p=57457