Nardaran hadisələri ilə bağlı həbs olunan şəxsin şikayəti təmin olunmadı

14.03.2016 - 13:56

mehkeme4Bu gün Bakı Apellyasiya Məhkəməsində Nardaran hadisələri ilə bağlı saxlanılan Nahid Qəhrəmanovun apellyasiya şikayətinə baxılıb.

Bu barədə virtualaz.org saytına vəkil Bəxtiyar Hacıyev məlumat verib. Vəkil şikayətin təmin edilmədiyini bildirib.

Qeyd edək ki, bir neçə gün əvvəl Nəsimi Rayon Məhkəməsi N. Qəhrəmanovun barəsində seçilmiş həbs-qətimkan tədbirinin iyulun 3-dək uzadılması barədə qərar qəbul edib. Apellyasiya şikayəti həmin qərardan verilib.

xatırladq ki, ötən il noyabrın 26-da Daxili İşlər Nazirliyi (DİN) tərəfindən Nardaranda əməliyyat keçirilib. Əməliyyat zamanı polis əməkdaşlarına silahlı müqavimət göstərilərək avtomat silahlardan atəş açılıb, əl qumbarası atılıb. Hücum edənlərin davamlı atəşinə cavab olaraq xüsusi əməliyyat qrupu tərəfindən xidməti silahdan istifadə edilməklə həmin şəxslərdən 4 nəfəri məhv edilib, daha bir neçə nəfəri yaralanıb. Əməliyyat zamanı Taleh Bağırov başda olmaqla, 14 nəfər saxlanılaraq istintaqa təqdim edilib.

Əməliyyat zamanı 2 polis əməkdaşı həlak olub.

Short URL: http://www.cumhuriyyet.net/?p=57654

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31