Deputat: “Azərişıq”a 787 manat borcum var”

15.03.2016 - 13:36

yevda-abramovMilli Məclisdə hökumətin 2015-ci il hesabatı üzrə deputatların müzakirəsi başlayıb.

Modern.az xəbər verir ki, ilk olaraq çıxış edən Yevda Abramov Qubanın Qonaqkənd kəndində çayın bərkitmə işlərinə diqqət çəkib. Deputat bildirib ki, əgər bu işlər aparılmazsa, gələcəkdə başqa kəndlərin sel təhlükəsi ilə üzləşməsi an məsələdir.

“Əgər Qonaqkənd-Şamaxı yolu tikilirsə, bu işlərin içərisində bəndvurma işlərini də aparmaq lazımdır. Sabah sel olsa, biz onun fəsadlarını aradan qaldırmaq üçün milyonlar xərcləyəcəyik”.

Y.Abramov qeyd edib ki, “Azərişıq” əhaliyə milyonlarla manat borc yazır:

“Mənim özümə 787 manat borc yazıblar. 20 il əvvəl ölmüş şəxsə 920 manat borc yazılıb. Yəqin Belə şeylərlə xalqı ayağa qaldırmaq olmaz. Xalq belə şeylərdən narazılıq edir. İnsanlar prezidentin şəkillərini götürərək sosial çətinliklərə etiraz edirlər. Görünür ki, insanlar prezidentdən razıdırlar.

Görünür az qala bizim və nazirlərin yerinə də prezident işləyir. Hamı işləməlidir, bu belə, olmamalıdır. Hökumət üzvləri televiziyaya çıxıb vəziyyəti izah etmirlər. Onların əvəzinə efirlərdə müğənnilər didişirlər”.

Short URL: http://www.cumhuriyyet.net/?p=57774

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31