Xalq artistinin ikinci ayağı da amputasiya olundu
Azərbaycanın xalq artisti Muxtar Maniyevin üzərində yenidən cərahiyyə əməliyyatı aparılıb.
Bu barədə Apa-ya Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzindən məlumat verilib. Qeyd olunub ki, M. Maniyevin sağ ayağı diz nahiyyəsindən amputasiya olunub.
Qeyd edək ki, M. Maniyev şəkərli diabetdən əziyyət çəkir. 2015-ci il avqustun 11-də xalq artistinin sağ ayağı Elmi Cərrahiyyə Mərkəzində amputasiya olunub.
Short URL: http://www.cumhuriyyet.net/?p=57803