Tahir Kərimovun vəzifəsini itirməsinin səbəbi bəlli oldu

16.03.2016 - 11:00

tahir-kerimovSalyan rayon İcra Hakimiyyətinin keçmiş başçısı Tahir Kərimovun bu vəzifədən azad edilməsinin əsas səbəbi məlum olub

Ölkə.az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, son vaxtlar Salyanda fəaliyyət göstərən sahibkarların və xarici şirkət rəhbərlərinin Tahir Kərimova qarşı narazılıqlarının artması ölkə rəhbərliyinə qədər çatdırılıb. Şikayət edənlər arasında “Salyan Oil Ltd” əməliyyat şirkətinin yeni təyin olunan baş meneceri Şan Lian Jenq və Çinin Milli Neft Korporasiyasının vitse-prezidenti də olub. Belə ki, Çinin Milli Neft Korporasiyasının vitse-prezidenti bu yaxınlarda Azərbaycanda səfərdə olarkən, ölkə prezidenti və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) rəhbərliyi ilə görüşür. Həmin görüşdə iştirak edən “Salyan Oil Ltd” əməliyyat şirkətinin baş meneceri Şan Lian Jenq Salyan rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimova qarşı olan narazılıqlarını dilə gətirir.

Şan Lian Jenq açıq şəkildə bildirir ki, Tahir Kərimov baş meneceri olduğu şirkətin Salyanda sərbəst fəaliyyətinə əngəllər yaradır, hətta rayonda məktəb və uşaq baxçalarının tikintisi, asfalt yolların çəkilməsi və digər bu kimi işlərin görülməsi ilə bağlı “Salyan Oil Ltd” şirkəti qarşısında tələb irəli sürür. Şirkət bütün bunları görmədiyi təqdirdə isə Salyan rayon İcra Hakimiyyəti tərəfindən müxtəlif formalarda, o ücmlədən məhkəmələr vasitəsilə açıq təzyiqlər edilir.

Şan Lian Jenqin bu şikayətinin Çinin Milli Neft Korporasiyasının vitse-prezidenti tərəfindən də diqqətə çatdırıldıqdan sonra Tahir Kərimov barəsində ən yüksək səviyyədə qərar verilir və o, icra başçısı vəzifəsindən azad edilir.

Xatırladaq ki, Tahir Kərimov bu il martın 4-də Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə tutduğu vəzifədən azad edilib. Onun yerinə isə Yardımlı rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov təyin edilib.

Short URL: http://www.cumhuriyyet.net/?p=57884

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31