Sabiq icra başçısı iclasda şeypur çalırmış – VİDEO

16.03.2016 - 17:41

tahir-kerimov2Tahir Kərimovla bağlı maraqlı video yayılıb

Son günlər adı medianın gündəmindən düşməyən Salyanın sabiq icra başçısı Tahir Kərimovla bağlı daha bir qalmaqallı video yayılıb. Politika.az saytı bu haqda xəbər yayıb.

Sayt öz mənbələrinə istinadən iddia edib ki, Tahir Kərimovun işdən çıxarılmasına səbəb məhz bu video olub.

O, müavini Rəşad Cəbrayılovla birlikdə iclasda şeypur çalırmış.

Həmin videonu təqdim edirik:

Musavat.com bu videonun həqiqətən də Tahir Kərimova aid olub-olmadığını dəqiqləşdirmək istəyib. Bir neçə mənbə bildirib ki, videodakılar həqiqətən də Salyan Rayon İcra Hakimiyyətinin sabiq başçısı Tahir Kərimovla müavini Rəşad Cəbrayılovdur. Lakin keçmiş başçının nədən bu addımı atdığı haqda məlumat əldə etmək mümkün olmayıb. Tahir Kərimovun bununla bağlı hər hansı izahatı olarsa, onu dinləməyə və mövqeyini dərc etməyə hazırıq.

 

Short URL: http://www.cumhuriyyet.net/?p=57978

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31