Əfvin icrasına başlanıldı – FOTOLAR

18.03.2016 - 09:16

resadetBu gün ölkə prezidenti İlham Əliyev tərəfindən imzalanan əfv sərəncamının artıq icrasına başlanılıb.

Adı əfv siyahısına düşən Müsavat partiyasının üzvü Sirac Kərimli, NİDA vətəndaş hərəkatının üzvləri Rəşadət Axundov, Ömər Məmmədov, hüquq müdafiəçisi Rəsul Cəfərov artıq evlərindədirlər.

Əfvə düşən şəxslərin əksəriyyətinin bu gecə evinə yola salınacağı gözlənilir.

Xatırladaq ki, bu dəfəki əfv siyahısına 148 nəfər düşüb. Sözügedən siyahıda NİDA vətəndaş hərəkatının digər üzvləri Rəşad Həsənov, Məmməd Əzizov və Ömər Məmmədovun adı da var.

Bundan başqa, əfv sərəncamı ilə bir sıra tanınmış şəxslər də azad edilib. Onlardan Prezident Aparatının keçmiş işlər müdiri Akif Muradverdiyev, Müsavat Partiyasının üzvləri Yadigar Sadıqov, Tofiq Yaqublu, jurnalist Pərviz Həşimli, hüquq müdafiəçiləri Hilal Məmmədov, Anar Məmmədli, Taleh Xasməmmədov, Nemət Pənahlını göstərmək olar. (qafqazinfo)

Short URL: http://www.cumhuriyyet.net/?p=58103

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31