“İlham Əliyev ən çətin gündə yanımızda oldu” – Dəniz Baykal

18.03.2016 - 10:22

deniz-baykal“Azərbaycan prezidenti İlham Əliyevin Türkiyəyə səfəri nümunəvi addımdır”.

Bunu AzVision.az-a eksklüziv açıqlamasında Türkiyə Böyük Millət Məclisinin (TBMM) deputatı, Cümhuriyyət Xalq Partiyasının keçmiş sədri Dəniz Baykal deyib.

Tanınmış siyasətçi prezident İlham Əliyevin Ankara səfərinin Türkiyə üçün mühüm əhəmiyyət daşıdığını bildirib.

“Azərbaycan prezidenti ən çətin günlərində Türkiyənin yanında oldu. O, bizi tək qoymadı. Bu, dünya üçün ciddi mesajdır. Prezident İlham Əliyev rəsmi protokolları bir kənara qoyaraq, Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının V iclasının Ankarada keçirilməsi ilə bağlı qərar qəbul etməklə iki ölkə arasında dostluq, qardaşlıq münasibətlərini dünyaya nümayiş etdirdi”.

D.Baykal Azərbaycan prezidentinin Ankara səfərinin tarixi hadisə olduğunu vurğulayıb: “Ankarada baş tutan görüş Türkiyəyə sevinc yaşatdı. İlham Əliyev bu addımı ilə Türkiyənin tək olmadığını nümayiş etdirdi. Biz bununla fəxr edirik. Əsl dostluq budur. Bütün dünya görsün ki, Azərbaycan-Türkiyə dostluğu sarsılmaz və əbədidir”.

D.Baykal türk xalqına verdiyi dəstəyə görə prezident İlham Əliyevə təşəkkür edib.

“Azərbaycan prezidentinə minnətdarlığımı bildirirəm. Azərbaycan kimi, cənab İlham Əliyev kimi dostumuz olduğu üçün fəxr edirik. Ümid edirəm ki, ölkələrimiz arasında dostluq, qardaşlıq münasibətləri daha da möhkəmlənəcək”,-deyə D.Baykal qeyd edib.

Short URL: http://www.cumhuriyyet.net/?p=58125

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31