Oqtay Əsədovdan mətbuata təzyiq: “Məsələni bu qədər şişirtməsinlər”

18.03.2016 - 13:06

oqtay-esedov“Milli Məclisin Daxili Nizamnaməsinə əsasən bir ayda iki dəfə iclas keçirilə bilər. Əlavə iclasın keçirilməsi də parlamentin öz işidir. İclasın gündəliyində də 1, 5 və ya 25 məsələ də ola bilər. Ötən gün mətbuatda qeyd olunub ki, bu gün üçün parlamentin növbədənkənar, xüsusi iclası çağırılıb. Bu nə deməkdir?!”

“Report”un xəbərinə görə, bunu Milli Məclisin plenar iclasında parlament sədri Oqtay Əsədov deyib.

Onun sözlərinə görə, növbədənkənar iclas o zaman ola bilər ki, sessiya iclasları tamamilə qapansın və bundan sonra yeni növbədənkənar iclas çağırılsın: “Bir çox qəzetlərdə isə “fövqəladə iclas” başlığı qoyublar. İnsanlar da elə başa düşəcək ki, aləm dağılır və xeyir ola birdən-birə belə iclas keçirirlər? Mətbuatdan xahiş edirəm ki, hər məsələni bu qədər şişirtməsinlər”.

Short URL: http://www.cumhuriyyet.net/?p=58196

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31