Sumqayıtlı gənci ad günündə öldürən qatil tutuldu
Sumqayıt Şəhər Polis İdarəsi və şəhər prokurorluğunun keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində şəhər ərazisində qeyri aşkar şəraitdə törədilən qətlin üstü açılıb.
Sumqayıt Şəhər Prokurorluğu və Şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, martın 22-də saat 01 radələrində Məmmədov Namiq Əlibaba oğlunun Sumqayıt şəhəri, 13-cü mikrorayondakı 6 saylı binanın qarşısında üzərində zorakılıqla qətlə yetirilməyə xarakterik xəsarətlərlə meyiti aşkar edilib.
Həmin fakta görə Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində qətlin Sumqayıt şəhər sakini Atamalıyev Babək Teymur oğlu tərəfindən törədilməsində əsaslı şübhələr olduğundan o, tutularaq istintaqa cəlb olunub və həmin maddə ilə ittiham elan edilməklə barəsində Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Onu da qeyd edək ki, öldürüldüyü gün mərhumun ad günü imiş.
Short URL: http://www.cumhuriyyet.net/?p=58772