Azərbaycanlı dindar Suriya cihadına haqq qazandırdı – AUDİO

26.03.2016 - 23:53

rrAzərbaycanda radikalların lideri kimi tanınmış Əlixan Musayevin gizli səs yazısı yayılıb. Səs Azərbaycanın rayonlarının birində yazılıb. Həmin səs yazısı avrasiya.net-ə göndərilib. Xəbərdə iddia olunur ki, Əlixan Musayev rayonları gəzərək, dindarları Suriyada cihada qatılmağa dəvət edir. Onun sayəsində 500 dən çox azərbaycanlının Suriyada “İŞİD” tərkibində döyüşlərə qatıldığı qeyd olunur.
Xatırladaq ki, yerli mediada yazılanlara görə, Musayev Əlixan Zakir oğlu bir müddət “Əbu bəkr” məscidinin axundu Qamət Süleymanovun müavini olub və vəhabiliyin radikal fikirlərini təbliğ etdiyinə görə məsciddən qovulub. Daha sonra Türkiyə “Hizbullah”ı ilə əlaqədə ittiham olunan Əlixan Musayev hazırda Azərbaycanda olan radikal cihadçı qrupların ideoloji lideri sayılır. Suriyada döyüşən azərbaycanlı vəhabilərin də onun xeyir-duasını aldıqları iddia olunur.

Short URL: http://www.cumhuriyyet.net/?p=58829

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31