Saday Şəkərlinin məhkəməsi təxirə salındı

28.03.2016 - 12:01

saday-sekerliBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində şair Saday Şəkərlinin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Virtualaz.org saytının məlumatına görə, prosesə hakim Əfqan Hacıyev sədrlik edib.

Məhkəmə prosesində təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

S.Şəkərlinin vəkili Bəhruz Bayramov üç vəsatətlə çıxış edib. O, S.Şəkərli barəsində cinayət işinə xitam verilməsini, onun ev dustaqlığına buraxılmasını və telefon danışıqlarının çıxarılmasını xahiş edib. Sonuncu vəsatət təmin edilib.

Məhkəmənin baxış iclası aprelin 1-nə təyin edilib.

Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumata görə, Bakı şəhər sakini S.Şəkərovun külli miqdarda əmlak əldə etmək məqsədilə Vergilər Nazirliyinin vəzifəli şəxsi haqqında kütləvi informasiya vasitələrində ifşaedici, onu nüfuzdan salan, uydurma yazılar yazmaqla, barəsində rüsvayedici məlumatlar yayma hədəsi ilə tələb etdiyi 10 min manat məbləğində pulu almasında şübhələr üçün əsaslar olduğundan faktla bağlı Cinayət Məcəlləsinin 182.3.2-ci (külli miqdarda əmlakı hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb.

S.Şəkərov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsində nəzərdə tutulan ittiham elan edilməklə, məhkəmənin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib.

Qeyd edək ki, S.Şəkərov Azərbaycan Yazıçılar Birliyinin üzvü, şairdir.

Short URL: http://www.cumhuriyyet.net/?p=58951

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31