ABŞ İntiqam Əliyevin azadlığa buraxılmasını alqışlayır

29.03.2016 - 10:42

intiqam-eliyev2ABŞ Azərbaycan Ali Məhkəməsinin hüquq müdafiəçisi İntiqam Əliyevin şərti azadlığa buraxılması qərarını alqışlayır.

APA-nın məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Con Kirbinin bəyanatında deyilir.

C. Kirbi bildirib ki, bu, martın 17-də Azərbaycan prezidenti tərəfindən bir qrup şəxsin azadlığa buraxılması üçün imzaladığı əfv sərəncamının davamıdır: “Biz Azərbaycan hökumətini fundamental hüquqlarını yerinə yetirdikləri üçün həbs edilmiş digər şəxslərin də azad olunmasına, azadlığa çıxanların hərəkətlərinin məhdudlaşdırılmamasına çağırırıq və digər müsbət addımlar üçün Azərbaycan hökuməti ilə işləməyi səbirsizliklə gözləyirik”.

Short URL: http://www.cumhuriyyet.net/?p=59087

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31