Polkovnik baykerlə şəklindən danışdı: “Mənim dava edən vaxtım deyil”

30.03.2016 - 16:20

vaqif-esedovBakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Dövlət Yol Polis İdarəsinin (DYPİ) bölmə rəisi, polkovnik Vaqif Əsədov sosial şəbəkələrdə yayılan və baykerlə mübahisə etdiyi iddia olunan fotoya münasibət bildirib.

Bölmə rəisi bildirib ki, mübahisə etməsi ilə bağlı yayılan söhbətlər yalandır: “Ola bilər ki, dostlarımız ya zarafat üçün, ya da şou yaratmaq məqsədi ilə bu fotonu paylaşıblar. Mənim mübahisə etməyə nə vaxtım var, nə də vəzifəm buna imkan vermir. Məgər, mənim qanun çərçivəsində işimi görmək bacarığım yoxdur ki, kiminləsə mübahisə edim?! İndi mənim dava edən yaşım deyil. Mən orada motosikl idarə edənlərlə görüşmüşəm. Görüşümüz çox maraqlı olub. Onlara təlimat verdim və motosikl idarə etməyin qaydaları barədə qarşılıqlı söhbətlər etdik”.

Report.az

Short URL: http://www.cumhuriyyet.net/?p=59337

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31