Somalidəki həkim: “Yaralanan azərbaycanlı uşaqların vəziyyəti yaxşıdır”

31.03.2016 - 17:16
nihat-nicat“Somalinin Moqadişo şəhəri yaxınlığında mikroavtobusa edilən silahlı basqında yaralanan azərbaycanlı uşaqların vəziyyəti yaxşıdır”. 
Bunu telefonla “Report”a açıqlamasında Moqadişo şəhərində yerləşən Türk Xəstəxanasının həkimi Alper Kılıç bildirib.
Həkimin sözlərinə görə, hər iki uşaq hazırda xəstəxanada müalicə alır: “12 yaşlı Nihat və 10 yaşlı Nicat İsmayılovların hər ikisinin vəziyyəti yaxşıdır, onların həyati təhlükəsi yoxdur. Uşaqların atası Əflatun İsmayılov baş verən hadisədən şok olmuşdu. Hazırda onun da vəziyyəti yaxşıdır”.
Həkim A.Kılıç əlavə edib ki, sılahlı basqında ölənlərin sayı 7 nəfərə çatıb: “İki saat bundan əvvəl daha bir nəfər yaralı dünyasını dəyişdi. O, Türkiyə vətəndaşı Hıdır Çalka idi. Hıdır Çalka ayağından aldığı çoxsaylı güllə yarası səbəbindən xəstəxanaya yerləşdirilmişdi. Təəssüflər olsun ki, onun həyatını xilas edə bilmədik. Silahlı basqın zamanı Azərbaycan vətəndaşı Kamaliya İsmayılova baş nahiyəsindən aldığı güllə yarası ilə hadisə yerində vəfat edib. Hadisə zamanı dünyasını dəyişən digər 5 nəfər sərnişin isə Somali vətəndaşıdır. Bununla da silahlı basqın zamanı ölənlərin sayı 7-yə çatıb. Yaralıların sayı isə 4 nəfərdir”.
Xatırladaq ki, martın 30-da Somalinin paytaxtı Moqadişoda Türkiyə vətəndaşlarını aparan avtomobilə hücum edilib. Silahlı hücum nəticəsində Türkiyə, Azərbaycan və Somali vətəndaşları olmaqla, 7 nəfər qətlə yetirilib, 4 nəfər isə yaralanıb. Yerli KİV-lərin məlumatına görə, silahlı basqında “Əş-Şabab” terror qruplaşması şübhəli bilinir.






Short URL: http://www.cumhuriyyet.net/?p=59457

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31