Somalidə öldürülən azərbaycanlının meyiti Bakıya gətiriləcək

01.04.2016 - 14:03

kemale-ismayilovaÖtən gün Somalidə silahlı hücum nəticəsində öldürülən Azərbaycan vətəndaşı Kəmalə İsmayılovanın meyitinin sabah ölkəyə gətirilməsi planlaşdırılır.

Bu barədə onun həyat yoldaşı Əflatun İsmayılovun qohumu məlumat verib.

O, bildirdi ki, Somalidən Türkiyəyə birbaşa təyyarə reysi olmadığı üçün Kəmalə İsmayılovanın meyiti Keniyaya aparılır. “Oradan isə Türkiyənin İstanbul şəhərinə gətiriləcək. Sabah günorta saatlarında İstanbul, oradan isə Bakıya gətiriləcək”.

“Kəmalə İsmayılovanın uşaqları hələ ki, xəstəxanada müalicə olunurlar”.

Həyatını itirən Kəmalə İsmayılovanın həyat yoldaşı da dəfn mərasimində iştirak etmək üçün Bakıya gəlir. Amma onun uşaqları – Nihad və Nicat hələ ki, xəstəxanada müalicə olunurlar. Kəmalə İsmayılova aprelin 3-də dəfn ediləcək.

Silahlı hücumda həyatını itirən 34 yaşlı Azərbaycan vətəndaşı Kəmalə İsmayılova Mingəçevirdə müəllimlər institunu bitirib. Həyat yoldaşı Əflatun İsmayılov isə Türkiyədə təhsil alıb.

Turizm sektorumdan çalışan Əflatun İsmayılov Türkiyə-Rusiya münasibətləri pisləşdikdən sonra işləri yaxşı olmadığı üçün Somaliyə köçüb. Əflatun İsmayılov orada Türk Hava Yollarında, həyat yoldaşı isə müəllimə işləyirdi.

Somalinin paytaxtı Moqadişo şəhərində ötən gün Türkiyə səfirliyinin yaxınlığında məktəb mikroavtobusu atəşə tutulub. Nəticədə altı nəfər həyatı itirib. Ölənlərdən ikisi Türkiyə, biri Azərbaycan, üçü isə Somali vətəndaşları olub.

Hücumun Əl- Qaidənin bir qolu olan “Aş-Şabab” radikal qruplaşmasının həyata keçirdiyi ehtimal edilir.

anspress.com

Short URL: http://www.cumhuriyyet.net/?p=59547

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31