Lavrovdan Məmmədyarov və Nalbadyana: “Qarabağdakı vəziyyətə təsir edin”

02.04.2016 - 15:05

lavrov-nalbandyanRusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycan və Ermənistanı Dağlıq Qarabağdakı vəziyyətə təsir etməyə çağırıb.

AzNews.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə S.Lavrov Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə danışıqları zamanı deyib. Lavrov Elmar Məmmədyarovu və Edvard Nalbadyanı Dağlıq Qarabağda vəziyyətə təsir göstərməyə və zorakılığı dayandırmağa çağırıb.

“Rusiya prezidentinin Dağlıq Qarabağ təmas xəttində döyüş əməliyyatlarının bərpa edilməsinə reaksiya verməsi, eləcə də Rusiya tərəfindən vəziyyətin normallaşdırılması üçün atılan addımlar və ATƏT-in Minsk qrupu həmsədrləri ilə əlaqə saxlanılmasıyla yanaşı, Sergey Lavrov Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə danışıqlar aparıb və tərəfləri zorakılığı dayandırmaq üçün vəziyyətə təsir göstərməyə çağırıb”, – deyə nazirliyin məlumatında qeyd olunur.

Short URL: http://www.cumhuriyyet.net/?p=59661

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31