İran cəbhə bölgəsində yaranan gərginliyə münasibət bildirib

03.04.2016 - 02:53

hemid-ebutalibAzərbaycan və Ermənistan qoşunları arasında baş vermiş toqquşma region ölkələrinin xeyrinə deyil. Bunu APA-nın İran bürosuna açıqlamasında İran prezidentinin siyasi işlər üzrə müavini Həmid Əbutalibi deyib.

O bildirib ki, bu münaqişə olduqca həssas bir məsələdir: “Bu müharibə odununun ikinci dəfə alovlanması regionda və Qafqazdakı heç bir ölkənin xeyrinə deyil. Münaqişə Azərbaycan respublikasının ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Bu gün baş verən gərgin qanlı döyüşlər bizi də narahat edir. İran dövləti 20 ildən artıqdır ki, bu iki qonşu ölkə arasında sülhün bərpasına çalışır.

Qarşıdurmanın daha da gərginləşməməsi üçün hər iki qonşu ölkəni sülhə və sabitliyə dəvət edirik”.

Eləcə də İranın Xarici İşlər Nazirliyinin sözçüsü Hüseyn Cabiri Ənsarinin bəyanat yayıb. “Hər iki qonşu ölkəni səbrli və təmkinli olmağa dəvət edirik. Bu həssas anlarda düşünülməmiş atılan hər bir addım vəziyyəti daha da çətinləşdirə bilər. Onsuz da regionda müharibə alovunu alışdırmaq istəyənlər çoxdur. Biz Qarabağ barədə aldığımız xəbərlərdən son dərəcə narahat olduq. Ümid edirik ki hər iki ölkə yaranmış münaqişəni Birləşmiş Millətlər Təşkilatı səviyyəsində və danışıqlar vasitəsilə həll edəcəklər. Bununla da orada sülh və sabitlik hakim olacaq”, – deyə bəyanatda bildirilir.

Short URL: http://www.cumhuriyyet.net/?p=59729

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31