MN rəsmisi: “Hərbi əməliyyatlar hər an yenidən başlaya bilər”

28.04.2016 - 17:29

mn2Vaqif Dərgahlı: “Düşmən silah-sursatını, hərbi texnikasını yaşayış məntəqələrində yerləşdirir”

Son günlər, o cümlədən ötən gecə cəbhə xəttində baş verənlər erməni barbarlığının əlamətidir. Düşmən açıq şəkildə ancaq yaşayış məntəqələrinə atəş açır, evləri, məktəbləri hədəfə alır.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı bunu musavat.com-a açıqlamasında bildirdi.

Erməni ordusunun BM-21 reaktiv yaylım atəş sistemlərindən də istifadə etdiyini vurğulayan xidmət rəhbəri bildirdi ki, düşmən ölkə bu silahlardan istifadə etməklə bütün beynəlxalq hüquq normalarını pozur: “Şükürlər olsun ki, həmin silahlardan yaralananlar olmadı. Ancaq bu silahlar dünyada qadağan olunub. Dünya ictimaiyyəti bu məsələyə münasibətini bildirməlidir, ancaq hələ ki, susur”.

V.Dərgahlı qeyd etdi ki, düşmənin cəbhəboyu aktivləşməsi, həmçinin təmas xəttinə əlavə hərbi texnika və canlı qüvvənin daşınması kimi faktlar ordumuzun nəzarəti altındadır.

MN sözçüsü erməni ordusunun hücuma keçmək üçün fürsət gəzdiyini də istisna etmədi: “Düşməndən hər şey gözləmək olar. Hərbi əməliyyatlar hər an yenidən başlaya bilər. Biz bunun tərəfdarıyıq ki, atəşkəsə əməl edilsin. Amma təbii ki, düşmənin təxribatlarının qarşılığında cavab atəşi açmağa məcburuq”.

V.Dərgahlı erməni tərəfinin guya Azərbaycanın mülki obyektləri hədəfə alması barədə iddialarını da cavablandırdı: “Düşmən silah-sursatını, hərbi texnikasını yaşayış məntəqələrində yerləşdirir. Biz də onların atəşinə cavab verəndə iddia edirlər ki, guya Azərbaycan mülki obyektləri, yaşayış məntəqələrini atəşə tutur. Biz dəfələrlə bəyan etmişik, onların yalnız hərbi obyektlərinə zərbələr endiririk”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=62780

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930