Xarici və yerli media təmsilçilərinin cəbhə bölgəsində səfəri başlayıb

29.04.2016 - 11:47

lele-tepeXarici və yerli media təmsilçilərinin cəbhə bölgəsinə səfəri başlayıb.

APA-nın xəbərinə görə, Azərbaycan Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanda akkreditasiyadan keçmiş xarici ölkələrin media orqanlarının təmsilçiləri və yerli KİV nümayəndələri (ümumilikdə 45 media nümayəndəsi) XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin müşayiəti ilə Bərdə rayonuna gəliblər.

Jurnalistlər öncə Bərdə Diaqnostika Mərkəzində ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində yaralanan mülki vətəndaşlara baş çəkiblər.

Burada isə media nümayəndələri Ağdam və Ağcabədi rayonlarına yol düşəcəklər. Jurnalistlər orada ermənilərin ağır artilleriyadan açdığı atəş nəticəsində dağıdılan, yanan evlərə baxış keçirəcəklər.

Cəbhə bölgəsində yola düşən xarici media nümayəndələri arasında BBC, “Reuters”, “Blooberg”, “Franse-Press”, “RİA Novosti”, “Anadolu”, İHA, “Rossiya 24” kanalının əməkdaşları, israilli media eksperti Arye Qut və s. var. Moldovanın keçmiş ombudsmanı Aurelia Qriqoriu da heyətdə təmsil olunub.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=62821

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930