“Qızıl Xaç Qarabağda itkinlərin meyitlərini qaytarmağa kömək edəcək”

29.04.2016 - 14:32

qx“Beynəlxalq Qızıl Xaç Komitəsində (BQXK) Qarabağda vəziyyətin gərginləşməsi nəticəsində olan itkilər haqqında dəqiq məlumat yoxdur”. ANS PRESS-in məlumatına görə, bunu “RİA Novosti”yə açıqlamasında BQXK-nın baş direktoru İv Dakkor deyib. O, təşkilatın hərbi əməliyyatlar zamanı ölənlərin meyitlərinin qaytarılmasına kömək etməyə davam edəcəyini bildirib.

BQXK əvvəl də Dağlıq Qarabağ bölgəsində humanitar məsələlərin həllində vasitəçi olmaq istəyini qeyd edib, xüsusilə söhbət həlak olanların meyitlərinin qaytarılmasından gedirsə.

“Eskalasiya prosesi davam etdiyi üçün dəqiq məlumata sahib olmaq çətindir”, – deyə o, vəziyyət gərginləşəndən bu günə kimi tərəflərin itkiləri barədə dəqiq məlumatlara malik olub-olmamaları barədə sualı cavablandırarkən bildirib.

“Vacib olan odur ki, hər iki tərəf itkin düşmüşlərin məsələsinin indiki halda fundamental olduğunu başa düşsün. Hətta əgər bu say bir neçə nəfərdən ibarət olarsa. Bu problemlə bağlı biz artıq Dağlıq Qarabağda nəsə etməyi bacarmışıq. Bundan əlavə biz artıq bir neçə nəfərin cənazəsini ailələrinə qaytarmışıq və bu işimizi bundan sonra da davam etdirmək fikrindəyik”, – deyə baş direktor qeyd etdi.

İv Dakkor BQXK-nın baş direktoru

İv Dakkor BQXK-nın baş direktoru

Hərbi cəhətdən iflasa uğrayan Ermənistan kriminal rejimi son vaxtlar cəbhədəki uğursuzluqlarının, canlı qüvvə və döyüş texnikası sarıdan xeyli itkisinin əvəzini çıxmaq məqsədilə aprel ayının 2-də  növbəti dəfə təxribat törətməyə çalışıb. Bütün cəbhəboyu mövqelərimiz iriçaplı silahlar, minaatanlar, qumbaraatan və artilleriya qurğularından intensiv atəşə tutulub.

Eyni vaxtda qoşunların təmas xəttinə yaxın mülki əhalinin kompakt yaşadığı bir sıra yaşayış məntəqələri də düşmən atəşinə məruz qalıb. Qarşı tərəfin hərbi aktivliyini genişləndirməyə imkan verməmək, onun fəaliyyətinin qarşısını almaq məqsədilə Silahlı Qüvvələrimizin komandanlığı tərəfindən əməliyyat şəraiti qiymətləndirilərək dərhal cavab tədbirlərinin görülməsi üçün qərar verilib.

Qısa müddətdə həyata keçirilən sürətli əks-həmlə zamanı erməni birləşmələrinin uzun illərdən bəri mühəndis-istehkam baxımından möhkəmləndirdiyi birinci müdafiə xətti cəbhənin bəzi istiqamətlərində yarılıb, strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqələri düşməndən tam azad olunub.

Döyüşlərdə Ermənistan Silahlı Qüvvələrinin xeyli texniki və canlı qüvvəsi məhv edilib. Aprelin 5-dən saat 12:00-da Azərbaycan Müdafiə Nazirliyinin verdiyi məlumata görə, hər iki tərəfin razılığı ilə atəşkəs elan olunub. Lakin buna baxmayaraq qarşı tərəf atəşkəsi pozmağa, mövqelərimizi və yaşayış məntəqələrini atəşə tutmağa davam edib.

Aprelin 25-də gecə radələrindən başlayaraq cəbhədə vəziyyət yenidən gərginləşib. Ermənilər yenidən təxribata əl atıblar. Onlar Azərbaycanın cəbhəyanı ərazilərində yerləşən yaşayış məntəqələrini atəşə tutublar. Nəticədə ən çox ziyan Tərtər və Ağdama dəyib. Belə ki, hadisə nəticəsində Azərbaycan tərəfdən iki dinc sakin həlak olub, 7 nəfər isə yaralanıb. Bundan başqa onlarla ev, məktəb, bağçaya ziyan vurulub.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=62851

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930