Mingəçevir su anbarındakı sızma ilə bağlı iddialara rəsmi reaksiya

17.05.2016 - 14:13

mssİcra Hakimiyyəti başçısının müavini: “Yazılanlar yalandır, su anbarında heç bir sızma yoxdur”

Son günlər mətbuatda Mingəçevir Su Elektrik Stansiyası ilə bağlı müəyyən məlumatlar gedir. Həmin məlumatlarda Mingəçevir su anbarında sızmaların olduğu, həmçinin su anbarının ətrafında yerli əhalinin təsərrüfat yaradaraq bağçılıq və sair ilə məşğul olduğu bildirilir.

Bu məlumatların nə dərəcədə doğru olduğunu dəqiqləşdirmək üçün Mingəçevir İcra Hakimiyyəti ilə əlaqə saxladıq.

Mingəçevir İcra Hakimiyyəti başçısının müavini İlham İsmayılov musavat.com-a açıqlamasında yazılanların yalan olduğunu və su anbarında heç bir sızmanın olmadığını bildirdi: “Su anbarı “Azərenerji”də olub, sonra prezidentin sərəncamı ilə Fövqəladə Hallar Nazirliyinə verilib. Mən hər iki quruma müraciət etdim. Hər iki qurumdan bildirdilər ki, deyilənlər şayiədir, heç bir problem yoxdur. Fövqəladə Hallar Nazirliyi iki ilə yaxındır ki, orada bərkitmə işləri aparır. Bərkitmə işləri aparılan yer anbarın bəndi deyil. Anbarın bəndindən arxada olan təpə sahəsində aparırlar ki, bunun da anbara heç bir dəxli yoxdur. Mingəçevir Su Elektrik Stansiyasına “Azərenerji” baxır. Mingəçevir Su Anbarına isə FHN nəzarət edir”.

Əhalinin su anbarı yaxınlığında bağçılıqla məşğul olması məsələsinə də aydınlıq gətirən İ.İsmayılov bunun gerçək olmadığını dedi: “Yayılan məlumatlara görə, əhali guya su anbarının ətrafını zəbt edib, əkin-biçin işi aparır. Bu, tamamilə yalan məlumatlardır. Çünki orada mühafizə zolağı var. Ora yaxınlaşmaq, girmək mümkün deyil. Əhaliyə mühafizə zolağından xeyli aralıda, sovet dövründən qalan bağçılıq sahələri verilib. Onun da su anbarı ilə heç bir əlaqəsi yoxdur”.

Short URL: http://www.cumhuriyyet.net/?p=64316

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728