Daha bir gənc fəal yoxa çıxıb

17.05.2016 - 15:18
azer-kazimov“Gənc dostumuz Azer Kazımzadə bu gün səhər saatlarında Bakıda Azərbaycan polisi tərəfindən oğurlanaraq naməlum istiqamətə aparılıb. O, dörd gün bundan əvvəl – mayın 12-də Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Bölməsində vəhşicəsinə qətlə yetirilən mərhum Zaur Sultanovun ölüm faktını face-de işıqlandırmış və hadisəni ictimailəşdirə bilmişdi”.
Bunu feysbukda tanınmış jurnalist Rafiq Cəlilov yazıb.
O, ictimaiyyəti bu məsələni diqqətdə saxlamağa çağırıb: “Bununla bağlı olaraq dünən Azər bəy Suraxanı Polis İdarəsinə aparılaraq qorxudulmuşdu. Görünür polislər dünənki hədə-qorxunun təsirsiz ötüşdüyünü zənn edərək, onu bu gün səhər saatlarında təzədən oğurlamışlar.
Dostları, Azərbaycan ictimaiyyətini Azər Kazımzadənin polislər tərəfindən bu gün səhər saatlarında oğurlanmasını diqqətdə saxlamasına çağırıram”.
Daha sonra Rafiq Cəlilov yazıb: “Demək belə, Azer Lerikli Talish barədə 102 xidməti ilə əlaqə saxlayıb suraxanı rayon polis idarəsi nömrəsini aldım, (012 4520202) danışdım.  Dedilər ki, Azər idarəyə yox, 30-cu bölməyə aparılıb, 30-cu polis bölməsi ilə (012 4575702) əlaqə saxladım. Bildirdilər ki, Azər 30-cu bölməyə gətirilib və hal hazırda bölmədə deyil. Dəqiq məlumat ala bilmədim, demək nə isə gizlinləri var”.
Qeyd edək ki, ictimai fəal Azər Kazımov (feysbuk adı Azer Lerikli Talish) ötən gün Xəzər rayon polis bölmələrindən birində həlak olan (yaxınlarının dediyinə görə, döyülərək öldürülən) Zaur Sultanovla bağlı olayı ictimailəşdirdiyinə görə Suraxanı polisinə aparılmışdı.
Arqument.Az

Short URL: http://www.cumhuriyyet.net/?p=64331

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930