Əfqanıstandan Bakıya uçan təyyarəmiz qəzaya uğrayıb – ölənlər var

19.05.2016 - 00:36
teyyare5Əfqanıstandan Bakıya uçan təyyarə qəzaya uğrayıb. ANS PRESS-ə daxil olan məlumata görə, bu mülki təyyarədir. AN-12 tipli təyyarədə yalnız ekipaj üzvləri olub. Daxil olan məlumata görə, qəza nəticəsində bütün ekipaj üzvü həlak olub. Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, dəqiq bilinmir.
Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyası ANS PRESS-in sorğusuna cavab verib.

***

“Əfqanıstanın Gilmənd əyalətində Əfqanıstan daxilində yük daşımaları məqsədilə Silk Way şirkətindən icarəyə götürülən An-12 yük təyyarəsində aviasiya hadisəsinin baş verməsi barədə məlumat daxil olub”. Bu barədə APA-ya Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasından bildirilib. Xəbərə görə, Bakı vaxtı ilə təxminən saat 18:30 radələrində Dvayer hava limanından uçuş zamanı aviasiya hadisəsi baş verməsi barədə məlumat daxil olub.
“Əldə olunan məlumata əsasən, heyətin tərkibinə kapitan olan Özbəkistan vətəndaşı, üç Ukrayna vətəndaşı və beş Azərbaycan vətəndaşı daxildir” deyə, qeyd edilib. Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyası tərəfindən hadisənin araşdırılması üzrə komissiya yaradılıb. Hazırda Əfqanıstan aviasiya qurumları ilə hadisənin səbəblərinin araşdırmaq məqsədilə mayın 19-da komissiyanın nümayəndələrinin hadisə yerinə getməsi üzrə razılaşdırma prosesi gedir.
***

Xatırladaq ki, bu, Əfqanıstan hava sahəsində Azərbaycana məxsus ikinci təyyarə qəzasıdı.
 
Hadisə 2011-ci ildə baş vermişdi. “Silk Way”  şirkətinə məxsus “İl-76” təyyarəsi qəzaya uğramışdı.

Short URL: http://www.cumhuriyyet.net/?p=64470

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728