Təyyarə qəzasında terror izi – FSB səbəbləri açıqladı

19.05.2016 - 16:40

fsb“Misirin “EgyptAir” şirkətinin avialaynerinin qəzası ehtimal ki, terror aktı ilə bağlıdır”.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) direktoru Aleksandr Bortnikov deyib.

“Təəssüf ki, bu gün Misir hava yollarının təyyarəsi qəzaya uğradı. Ehtimal ki, bu terror aktıdır və 12 ölkənin 66 vətəndaşı həlak oldu”, – Bortnikov bildirib.

Qeyd edək ki, Parisdən Qahirəyə uçan “Egyptair” aviaşirkətinin “Airbus A320” (MS804 reysi) təyyarəsi ötən gecə Yunanıstan hava məkanından çıxandan sonra radarlardan itib. Təsdiq olunmamış məlumatlara görə, təyyarə Yunanıstan Karpatos adalarından 240-260 kilometr cənubda dənizə düşüb.

Hazırda təyyarənin axtarışları davam edir.

Short URL: http://www.cumhuriyyet.net/?p=64584

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728