Şagirdin intiharında günahlandırılan direktor danışdı

20.05.2016 - 11:04

vusal-mirzeyev2“Hadisə baş verib, amma baş vermə səbəblərindən mənim xəbərim yoxdur”.

Bu fikirləri Ölkə.Az-a açıqlamasında Cəlilabadın Seyidbazar kəndində intihar edən 10-cu sinif şagirdi Vüsal Mirzəyevin təhsil aldığı orta məktəbin direktoru Etibar Abdullayev səsləndirib.

E.Abdullayev şagirdin ailəsinin ittihamlarına da cavab verib:

“Yoldaşımın hazırlıq kursunda hazırlaşmadığına görə ona təzyiq göstərməyimiz haqda deyilənlər həqiqət deyil”.

Xatırladaq ki, hadisə mayın 11-də baş verib. V.Mirzəyevin atası Rafət Mirzəyev, eləcə də digər ailə üzvləri onun intihar etməsində oxuduğu məktəbin direktorunu günahlandırırlar. Onların fikrincə, övladları E.Abdullayevin həyat yoldaşının aylıq ödənişi 25 manat olan hazırlıq kursuna getmədiyi üçün təzyiq və təhqirlərə məruz qalıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=64626

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728