Sarkisyandan Rusiyaya böyük hörmətsizlik – FOTO

20.05.2016 - 18:06

medvedyev-sarkisyan2Xəbər verdiyimiz kimi, bu gün Rusiyanın baş naziri Dmitri Medvedyev Ermənistana rəsmi səfər edib. Səfər zamanı baş nazir prezident Serj Sarkisyanla görüşüb.

Erməni prezidentin iqamətgahında baş tutan görüşdə Dmitri Medvedyev və onun timsalında Rusiyaya qarşı böyük hörmətsizlik nümayiş olunub.

AzVision.az-ın məlumatına görə, Ermənistan rəsmiləri protokol qaydalarını rədd edərək rəsmi görüş zamanı masanın kənarına Rusiyanın bayrağını qoymayıblar.

Sarkisyan və Medvedyevin danışıqlar apardığı otaqda yalnız Ermənistan bayrağı yerləşdirilib. Siyasi müstəvidə bu addım hörmətsizlik və tərbiyyəsizlik kimi qiymətləndirilir.

Təcrübə göstərir ki, rəsmi görüşlər zamanı bayraqların qoyulmaması ölkələr arasında diplomatik qalmaqala gətirib çıxarır.

Hələlik Rusiya tərəfi Sarkisyanın bu hörmətsizliyinə reaksiya verməyib.

Short URL: http://www.cumhuriyyet.net/?p=64707

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728