“Xəzər Lənkəran” AFFA-ya tələblərini açıqladı: 5 milyon güzəşt edilsin

23.05.2016 - 11:29

xl4“Xəzər Lənkəran”a növbəti mövsüm APL-də çıxış eləməkçün lisenziya verilməmişdi. Mayın 30-na qədər verilən əlavə vaxtda isə klubun problemləri yoluna qoyacağına şübhələr böyük idi.

Ancaq iş heç ora qalmadı. Cənub təmsilçisi APL-də qalmaq şansını əlində saxlamaq üçün son turda “Rəvan”ı mütləq udmalıydı (2:2). İstənilən nəticə olmadı və “gəmiçilər” de-yure növbəti mövsümçün I Divizionda düşdü.

Ancaq deyəsən klub rəhbərliyi bununla barışmaq istəmir. Onlar AFFA-ya bildirib ki, illik 5 milyon büdcə ayrılacaqsa,assosiasiyanın nəzarətinə keçməyə razı olarlar.

Əvəzində AFFA ən çox 1.5 milyon verməyə hazırdır. Qarşılığında klubun bazası balansa keçirilməli və idarə heyətində federasiyanın təyinatı da nəzərə alınmalıdır.

Bu şərtə isə klub razı deyil.

Məlumatlı mənbə deyir ki, məsələ hələ açıqdır. İşə Mübariz Mənsimovun reaksiyası olmalıdır. Əgər klub himayədarı bu dəfə də büdcə ayırmasa, onda XL-in yaşamasını istəyənlər gərək onu AFFA-nın nəzdində görsün. Danışıqlar həm gedir, həm də getmir. Prosesin gedişatından xəbər verəcəyik…

Futbolpress.az

Short URL: http://www.cumhuriyyet.net/?p=64789

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728