DYP-dən “avtoş”luq edən məmur oğlu ilə bağlı – Açıqlama

24.05.2016 - 16:19
nicat-abdullayevAzərbaycan Dillər Universitetinin tələbəsi Nicat Abdullayevin avtoxuliqanlıq etməsi sosial şəbəkələrdə və mediada geniş müzakirə mövzusudur.

Bakı şəhər Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov gündəmi zəbt edən məsələ ilə bağlı açıqlama verib.
DYP rəsmisi bildirib ki, Nicat Abdullayev 2016-cı ilin 5 ayı ərzində 3 dəfə qanunvericiliyi pozan hadisə törədib.
“Nicat Abdullayev ilk dəfə yol polisi əməkdaşlarının saxlama əmrini yerinə yetirmədiyi üçün 20 sutka həbs alıb. Bundan sonra qonşuları ilə dava etdiyi üçün cəzalandırılıb. Həmin şəxs, 3-cü dəfə avtoxuliqanlıq etdiyi üçün saxlanılıb və sürücülük hüququndan məhrum edilib. Nicat Abdullayev cəmiyyətə açıq şəkildə hörmətsizlik edib və bu əməlinə görə ona 20 sutka həbs cəzası verilib”.
V.Əsədov N.Abdullayevin atasının vəzifəli şəxs olması ilə bağlı yayılan məlumatlara da münasibət bildirib. DYP rəsmisi qeyd edib ki, kimsə kiminsə kölgəsində toxunulmaz olduğunu düşünməsin:
“Nicat Abdullayev əməlini boynuna aldı. Qaydaları pozdunuğu, cəzasını çəkməyə hazır olduğu bildirdi. Yol hərəkəti haqqında qanun onu yerinə yetirmək üçündür. Heç kim bu məsələdə özünü kənara çəkməsin və toxunulmaz hesab etməsin. Bu tələblər birmənalı yerinə yetirilməlidir”.
Qeyd edək ki, “avtoş” tələbənin atasının Xarici İşlər Nazirliyində vəzifə tutduğu deyilir.
Azvision.az

Short URL: http://www.cumhuriyyet.net/?p=64977

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728