Ermənilər Ağdam məscidini hərbi qərargaha çevirdi

25.05.2016 - 12:20

aqdam-mescidiErməni işğalçı qüvvələri Ağdamda salama qalmış yeganə tikilini-tarixi məscidi hərbi qərargaha çevirib.

Virtualaz.org xəbər verir ki, bu haqda Naviny.by Belarus saytının müxbirinin işğal altındakı Azərbaycan ərazilərindən hazırladığı reportajda deyilir.

Jurnalist Xankəndindən taksi ilə Ağdama tərəf gələndə yolda çoxlu sayda hərbi texnika və əsgərlərlə dolu maşınla rastlaşdığını yazır. Əsgərlər taksidə kimin getdiyinə baxmaq istəyirlər, ancaq Qarabağda hətta sınıq-salxaq maşınların belə şüşələrinə qara plyonka çəkilib. Bu səbədən maşında kimin getdiyini görmək elə də asan deyil. Eləcə də jurnalist maşından ətrafa baxıb harada olduğunu müəyyən edə bilmir, Ağdama çatdıqlarını ancaq dağılmış yollardan başa düşür.

“Müharibəyə qədər Ağdamda 30 minə qədər azərbaycanlı yaşayırdı, indi bir nəfər də qalmayıb. Ağdam bazarı hər yerdə məşhur idi. Ermənilər xatırlayır ki, orada cinsdən tutmuş silaha qədər hər şey satırdılar”-jurnalist yazır.

Reportajda deyilir ki, ermənilər 1993-cü ildə şəhəri işğal edəndən sonra tamamilə talayıblar və məhv ediblər. “Şəhərdə salamat qalmış yeganə tikili məsciddir. Əvvəllər Qarabağ gələn xarici turistlər məscidin minarəsinə çıxıb şəhərin xarabalıqlarını çəkə bilirdi. İndi aprel döyüşlərindən sonra məscidə yaxın getmək mümkün deyil. Orada hərbi qərargah təşkil edilib”-belaruslu jurnalist yazır.

Virtualaz.org

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=65068

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930