Şagirdi ilə ailə quran müəllimə: Biz bir-birimizi sevirik

25.05.2016 - 13:20

mmXəbər verdiyimiz kimi, Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən 301 saylı orta məktəbdə maraqlı hadisə baş verib. Mətbuatda yayılan məlumatlara görə, məktəbin ingilis dili müəlliməsi 32 yaşlı Əminə adlı müəllimə həmin məktəbin şagirdi 18 yaşlı Cəlil bəyə qoşulub qaçıb.

İlk öncə tərəflərin ailə üzvləri bu birliyə razı olmayıb.

301 saylı orta məktəbin direktoru Məmməd Səfərov AzVision.az-a bildirib ki, Əminə müəllimənin qoşulub qaçması xəbəri yalandır, o, öz istəyi ilə ailə həyatı qurub.

“Əminə müəllimə heç kimə qoşulub qaçmayıb. O, dünən rəsmi şəkildə sevdiyi insanla ailə həyatı qurub. Əminə xanım ingilis dili müəlliməsidir, 32 yaşı var. Təhsil Nazirliyinin də bu məsələdən xəbəri var. Onun həyat yoldaşı Cəlil Xəlilov bizim məktəbi ötən il bitirib”.

Direktor Əminə ilə Cəlilin münasibətindən xəbər tutandan sonra müəlliməni yanına çağıraraq tənbeh etdiyini deyib.

“Mən Əminəni yanıma çağırdım, tənbeh etdim. O isə mənə dedi ki, mən uşaq deyiləm, xeyli yaşım var, öz qərarlarımı özüm verə bilirəm. Biz bir-birimizi sevirik, ona görə də evlənəcəyik. Hətta mənə dedi ki, oğlan onların evlərinə gəlib-gedir. Qızın ailəsi bundan narazı idi.

Qeyd edim ki, ötən gün keçirilən toy mərasimində Əminənin müəllim dostları, şagirdləri də iştirak ediblər. O, bir neçə gündən sonra əvvəlki qaydada işə davam edəcək”, – deyə məktəb direktoru qeyd edib.

Short URL: http://www.cumhuriyyet.net/?p=65079

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728