ABŞ da Xədicə İsmayılovanın azadlığa buraxılmasını alqışladı

26.05.2016 - 10:47

mark-toner“ABŞ Azərbaycan Ali Məhkəməsinin tədqiqatçı jurnalist Xədicə İsmayılovanının şərti cəza ilə azad edilməsi barədə qərarını alqışlayır”.

Virtualaz.org-un məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin bəyanatında deyilir.

Bəyanatı Dövlət Departamentinin rəsmi nümayəndəsi Mark Toner brifinq zamanı səsləndirib.

“Biz buna müsbət addım kimi baxırıq, Azərbaycan hökumətini Xədicə İsmayılovaya qarşı qalan ittihamları da ləğv etməyə təşviq edirik. Azərbaycan söz azadlığı və siyasi fəaliyyət şəraitini genişləndirməyi davam etdirdikcə, bu yalnız Azərbaycanı və ikitərəfli münasibətlərimizi gücləndirəcək”, – deyə bəyanatda vurğulanır.

Qeyd edək ki, X.İsmayıl Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7,5 il müddətinə azadlıqdan məhrum edilmişdi. Jurnalist Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və israf etmə – külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri üzrə təqsirləndirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən apelyasiya şikayəti verilmişdi. Lakin Bakı Apelyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlamışdı. X.İsmayılın vəkilləri həmin qərardan kasasiya şikayəti vermiş və jurnalistin azadlığa buraxılmasını istəmişdilər.

Short URL: http://www.cumhuriyyet.net/?p=65177

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728