Azərbaycan böyük döyüşə hazırlaşır – Sürətli silahlanma

26.05.2016 - 12:21

doyusAzərbaycan Silahlı Qüvvələri uzaqmənzilli operativ-taktiki raket komplekslərin (OTRK) əldə edilməsi üzərində işləyir. BAKU.WS-in məlumatına görə, Raket və Artilleriya Qoşunlarının komandanı, general-mayor Zahid Hüseynov bildirib ki, Azərbaycan dövlətinin özünü qoruması üçün 200, 300, 500 km-ə qədər mənzilli operativ-taktiki raketləri olmalıdır.
“Rəsmi məlumatlara görə, uzaqmənzilli operativ-taktiki raketlər Azərbaycanın quru qoşunlarında mövcuddur. Bu texnika 70 kilometr məsafədə olan obyektləri dəqiqliklə vura bilir. Həmçinin məlumatlar var ki, Azərbaycan İsrailin yüksək dəqiqliyə taktiki raketlərini alıb. Bu texnikanın maksimal məsafəsi isə 150 kilometrdir. Azərbaycanlı generalın bu çıxışı onu deməyə əsas verir ki, Azərbaycan yeni uzaqmənszilli operativ-taktiki raketlər əldə edib”, – deyə hərbi ekspert İvan Konovalov qeyd edib.
Ekspert iddia edir ki, Azərbaycan Pakistanın istehsalı olan “Xatf-4” ballistik raketlərini əldə edib.
Rus hərbi ekspert həmçinin, Azərbaycanın Koreya Xalq Demokratik Respublikasından da “OTRK” hərbi texnikasını alacağını güman edir. Belə bir saziş regionda əhəmiyyətli dərəcədə vəziyyəti dəyişdirməyəcək. Bununla belə, vəziyyətin neqativ inkişafı halında Azərbaycan arxa obyektlərə zərbə üçün komplekslərdən tətbiq edə bilər. Bunun üçün xüsusilə, ABŞ və Türkiyənin dəstəyi lazım olacaq.
Azərbaycan OTRK-nı Çin, Pakistan və NATO ölkələrindən rahatlıqla ala bilər. Azərbaycan raketlərdən istifadə edərsə, Rusiya öz müttəfiqini qorumağa məcbur olacaq. Rusiya Ermənistana dəstək məqsədi ilə “İskəndər-M” raketlərini Qarabağa göndərəcək. Bununla yanaşı, Rusiya Gümrüdə 102-ci hərbi bazanı gücləndirəcək. Rusiya bununla guya regionda güc balansı yaratmaq istəyir.

Short URL: http://www.cumhuriyyet.net/?p=65200

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728