Rövnəq Abdullayev: ”Neftin qiymətinin aşağı düşməsinə baxmayaraq …”

26.05.2016 - 12:37

rovneq“İnanıram ki, Cənub Qaz Dəhlizi layihəsi üçün 2016-cı il önəmli il olacaq”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev “The Business Year” jurnalına müsahibəsində bildirib.

“Cənub Qaz Dəhlizi SOCAR-ın ən böyük layihəsidir və Xəzər dənizindən böyük həcmdə qazın Avropa bazarlarına nəql olunmasına imkan verəcək. 45 mlrd. dollarlıq bu meqalayihənin tikintisi üzrə işlər uğurla həyata keçirilir. Neftin qiymətinin aşağı düşməsinə baxmayaraq, Cənub Qaz Dəhlizi layihəsi üzrə öhdəliyimizə tamamilə sadiq qalırıq. Bu layihə Avropa İttifaqının enerji siyasətinin əsas hissəsi və Avropa üçün strateji layihədir”, – deyə SOCAR prezidenti əlavə edib.
R.Abdullayev bildirib ki, Cənub Qaz Dəhlizi layihəsi boyunca boru kəmərlərinin tikintisi işlərinə 26 min nəfərdən artıq işçi cəlb olunub.

SOCAR rəhbəri qeyd edib ki, Azərbaycan və Gürcüstanda böyük irəliləmə davam edir və burada layihə üzrə 60%-dən çox işlər tamamlanmaq üzrədir. R.Abdullayev Türkiyədə Trans-Anadolu Boru Kəməri (TANAP) layihəsinin də vaxtında və büdcəyə uyğun irəlilədiyini bildirib. SOCAR prezidenti Cənub Qaz Dəhlizi layihəsinin sonuncu hissəsi – Trans-Adriatik Boru Kəməri (TAP) üzrə də işlərin davam etdiyini qeyd edib.

Short URL: http://www.cumhuriyyet.net/?p=65201

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728