Fransa XİN Xədicə İsmayılovanın azad edilməsi haqda – BƏYANAT
Fransanın Xarici İşlər və Beynəlxalq İnkişaf Nazirliyi jurnalist Xədicə İsmayılovanın azad edilməsi ilə bağlı bəyanat yayıb.
Cümhuriyyət.az Fransanın Azərbaycandakı səfirliyinə istinadən bildirir ki, bəyanatda deyilir: “Fransa, Azərbaycan Respublikası Ali Məhkəməsinin jurnalist Xədicə İsmayılovanın cəza müddətinin azaldılması haqqındakı qərarından sonra azad edilməsi xəbərini böyük məmnunluqla öyrəndi. Xədicə İsmayılova 2015 – ci il sentyabrın 1-də məhkum edilmiş və ona şərti cəza verilmişdi. Bu yeni addım cari il aprelin 19-da Yunus cütlüyünün azad olunmasından sonra baş verir. Fransa Azərbaycanda hüquqi dövlətin möhkəmləndirilməsində yeni nailiyyətlər əldə olunmasını arzu edir”.
Short URL: http://www.cumhuriyyet.net/?p=65209