32 yaşlı müəlliməsi ilə evlənən gənc: “Erməni döyüb bayraq qaldıranda…”

26.05.2016 - 16:54

sdÖtən gün Biləcəri qəsəbəsində yerləşən 301 saylı orta məktəbin 32 yaşlı ingilis dili müəlliməsi Əminə Məmmədzadənin şagirdi Cəlil bəylə ailə həyatı qurması xəbəri böyük rezonans doğurub.

Cümhuriyyət.az big.az-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə müzakirə olunan Əminə-Cəlil cütlüyünün bu addımı maraqla qarşılansa da, onları qınayanlar da olub, tərəflərini saxlayıb, dəstək olanlar da…

Cəlil bəy bütün bu söz-söhbətlərə verdiyi özəl açıqlaması zamanı son qoyub:

Cəlil bəy açıqlamasında bildirib ki, bütün bu xəbərlərin yayılmasında, məsələnin bu qədər qabardılmasında əsas səbəbkar onun qayınanası olub:

“Qayınanamın psixoloji problemləri var. O razı deyildi ki, biz evlənək. Bu söhbətləri də o yayıb. Biz bir-birimizi sevirik və xoşbəxtik. Əminə mənim müəlliməm olmayıb. Sadəcə mən məktəb tərəfdə qalıram, onu gördüm xoşuma gəldi. İlk sevgi etirafını özüm etmişəm. Boş-boş danışanları da məhkəməyə verəcəyəm. Heç kim bilib-bilmədən danışmasın, ayıbdır. Biz seçim etmişik xoşbəxtik. Kim ki, deyir mənim 18 yaşım var, qələt edir. Mənim 23 yaşım var. Biz heç kimin şəxsi həyatına müdaxilə etməmişik, seçimimizi etmişik və ayıb iş də görməmişik. Mən öz sevgimi qızın atasına və anasına sübut etdim. Sevginin yaşı olmur. Mən vaxtilə qaydasız döyüşlə məşğul olmuşam. Erməni döyüb, Azərbaycan bayrağını qaldıranda heç bu qədər məni məşhur etməmişdilər. Mənim başımda travma var. Əsəbiyəm”.

Short URL: http://www.cumhuriyyet.net/?p=65255

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728