Apreldə müharibənin dayandırılmasının əsl səbəbi AÇIQLANDI – VİDEO

27.05.2016 - 20:48

muharibe“Aprelin 4-də müharibə dayandırılmasaydı Azərbaycan işğal edilmiş ərazilərini qısa müddətə – 15-20 günə, bəlkə də 1 aya tam azad edə bilərdi”.

 

ANS TV-nin məlumatına görə, bu fikirləri Azərbaycan Prezidentinin köməkçisi Əli Həsənov aprelin əvvəlində cəbhədə yaşanan gərginliyə  beynəlxalq təşkilatların münasibətini şərh edərkən səsləndirib.

O, Azərbaycanın bunun üçün yetərincə gücə sahib olduğunu, lakin beynəlxalq aləmin buna imkan vermədiyini əlavə edib.

“Həm orduda xidmət edənlərin, həm Azərbaycan xalqının, həm də ölkə başçısının torpaqların azad edilməsi üçün iradəsi, əzmi ortada idi. Biz Azərbaycan olaraq beynəlxalq münasibətlərin tərkib hissəsiyik. Dünya siyasətinin aktorlarından biriyik. BMT Təhlükəsizlik Şurasının, BMT nizamnaməsinin müəyyən tələbləri var ki, biz həmin tələblərə əməl etməliyik. Biz ötən iki ildə BMT təhlükəsizlik şurasının üzvü olduq. Beynəlxaq qurumların normaları var ki, bu tipli münaqişələr dinc yolla həll edilməlidir”, – deyə Əli Həsənov bildirib.

Short URL: http://www.cumhuriyyet.net/?p=65415

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728