Klub prezidentinin atası və daha 2 iş adamı azadlığa buraxıldı

31.05.2016 - 17:21

bb“Azərbaycan Beynəlxalq Bankı” ASC işi ilə bağlı həbs edilmiş daha üç iş adamı azadlığa buraxılıb.

Məlumata görə, bu barədə Nərimanov Rayon Məhkəməsi qərar qəbul edib.

Həmin şəxslər ASC-dən kredit götürərək qaytarmamaqda günahlandırılan “City Developer” MMC-nin direktoru Ratmir Bəkirov, “İnter Glass” şirkətinin prezidenti Fariz Muradov və “General Construction” şirkətlər qrupuna daxil olan məhdud məsuliyyətli cəmiyyətlərdən (MMC) birinin direktoru Camal Həsənovdur.

Qərara əsasən, hər üç şəxs barəsində həbs qətimkan tədbiri ləğv edilib, barələrində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.

Qeyd edək ki, həmin şəxslərdən R.Bəkirov fəaliyyətini dayandırmış “Simurq” klubunun prezidenti Anar Bəkirovun atasıdır. R.Bəkirovun “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə təxminən 50 milyon dollar borcunun olduğu bildirilirdi.

Hər üç şəxs barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. Nərimanov Rayon Məhkəməsinin qərarı ilə bir neçə dəfə onun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.

Xatırladaq ki, bu gün “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Dubay filialının keçmiş müdiri Adil Hüseynov, Mingəçevir “İzolit” ASC-nin İdarə Heyətinin sədri Mehman Mehdiyev və “Riyad-Farm”ın icraçı direktoru Aqil Quliyev də azadlığa buraxılıblar.

Report.az

Short URL: http://www.cumhuriyyet.net/?p=65679

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728