250 min dolları batan müğənni prezidentə müraciət etdi

01.06.2016 - 13:23

yaqub-zurovcuBankda 250 min dolları batan azərbaycanlı müğənni Yaqub Zurufçu prezident İlham Əliyevə müraciət edib.

Müğənni Lent.az-a daxil olan müraciətində bildirir ki, 2009-cu ildə prezident İlham Əliyevin ona Azərbaycan vətəndaşlığı verməsindən qürur duyur və bundan sonra ABŞ-dan Bakıya köçüb:

“Bakıya gələndə əlimdə olan 250000 dollar məbləği “Royal Bank”a əmanət qoydum. Bank bağlandıqdan sonra qoyduğum əmanət də bankda həbs olundu. Bakıda qərib olduğumdan və heç bir yerdə işləmədiyimdən maddi durumumu da heç kəsə deyə bilmirəm”.

Zurufçu yazır ki, daha öncə də bu məsələ ilə bağlı aidiyyəti qurumlara bir neçə dəfə müraciət edib:

“Sizdən xahiş edirəm ki, mənim ulu öndər Heydər Əliyevə sadiq, Azərbaycan dövlətçiliyinə bağlı biri olaraq, məsələmə xüsusi diqqət göstərəsiniz. Öncədən təşəkkür edirəm”.

Qeyd edək ki, Y.Zurufçunun “Röyal Bank”da pulunun batması barədə bu ilin mart ayında məlumat yayılmışdı.

Həmin vaxt “Royal Bank” ASC-nin ləğvedicisi olan “Azerbaijan İnternational Consultinq Company” MMC-nin direktoru Natiq Yusifoğlu APA-ya açıqlamasında bildirmişdi ki, adıçəkilən bank 2012-ci ilin avqust ayından iflas prosesindədir: “Yaqub Zurufçu əmanətinin müəyyən hissəsini alıb. Hazırda “Royal Bank”ın əmanətçilərinə əmanətləri tam qaytarmağa maddi vəsaiti yoxdur. Qanuna əsasən, tranşla vəsait yığıldıqca, əmanətçilər arasında bölüşdürülür. Ona görə də ləğvedici tərəfindən verilmiş kreditlər üzrə yığımlar toplanılır, toplandıqca da hər kəsin, eləcə də Yaqub Zurufçunun əmanətinin müəyyən hissəsi ödənilib. Müəyyən zaman daxilində bütün ödənişlər başa çatdırılacaq. Hələlik zamana ehtiyac var. Çünki vəsait yığıldıqca hissə-hissə qaytarılır. Qeyd olunan məbləğin hamısı ödəniləcək, lakin proses hissə-hissə həyata keçiriləcək”.

Short URL: http://www.cumhuriyyet.net/?p=65748

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728