Bakıda “itən” məktəbli qız “tapıldı” – ATASI “QAÇIRIBMIŞ”

01.06.2016 - 17:09

mektebBinəqədi rayonunda itkin düşmüş 12 yaşlı qız tapılıb.

Bu barədə virtualaz.org saytına onun təhsil aldığı 283 saylı məktəbin direktor müavini Svetlana Kərimova bildirib.

Direktor müavininin sözlərinə görə, 4-cü sinif şagirdi olan G. İsmayılovanı öz doğma atası evinə aparıbmış: “Gülcan İsmayılova dünən dərsə gəlib. Bu ailə bir qədər problemli ailədir. Əslində Gülcan atasının qardaşının uşağıdır və övladlığa götürülüb. Amma atası ilə anası boşandıqdan sonra öz əmisi, əslində doğma atası tərəfindən dərsdən sonra qaçırılıb. Onun evə gəlmədiyini görən anası polisə müraciət edib. Polisə qızının keçmiş həyat yoldaşının qardaşı tərəfindən qaçırıldığını deyən ana həmin şəxsin uşağı ondan almaq istədiyini də deyib”.

S. Kərimovanın sözlərinə görə, itkin düşən qızın anası bu gün məktəbə gəlib qızının artıq tapıldığını və sabahdan məktəbə gələcəyini bildirib.

İbtidai sinif şagirdlərinin dərsdən valideyni gəlmədən buraxılmasına gəlincə, S. Kərimova bildirib ki, məktəblə evlərin arasında məsafə çox kiçikdir və bütün uşaqlar avtomobil yolu keçmədən evlərinə gedirlər: Yalnız birinciləri valideynləri evlərinə aparır. Ondan yuxarı sinif şagirdləri özləri evə gedirlər. Həm də Gülcan İsmayılovanın anasının körpə uşağı olduğuna görə, özü gəlib onu apara bilmir”.

Short URL: http://www.cumhuriyyet.net/?p=65820

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930