ATV aparıcısını döyən müdirin sorğu-sualı başladı – Video

06.06.2016 - 12:10

azerATV-nin “Yoxlama” verilişinin aparıcısı Azər İsmayılova və kanalın digər əməkdaşlarına hücum çəkən şəxslər hazırda Şamaxı Rayon Polis Şöbəsindədir.

 

Bu barədə Axar.az-a Rayon Polis Şöbəsindən məlumat verilib.

 

Bildirilir ki, hadisə “Şamaxı” restoranında baş verib və hazırda restoranın sahibi və digər şəxslər dindirilir.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən isə bildirilib ki, iyunun 4-də, saat 19 radələrində ATV-nin “Yoxlama” layihəsinin əməkdaşları – Azər İsmayılov, Elgün Bayramlı, Loğman İsmayılov, Arif Quliyev, İlqar Quliyev və Polad Axundzadə Şamaxı şəhərindəki “Şamaxı” yeməkxanasında çəkiliş apararkən oranın sahibi Hüseyn Allahverdiyev və qohumu Elşad Osmanovla onların arasında münaqişə baş verib.

 

Bu zaman H.Allahverdiyev və E.Osmanov ATV-nin əməkdaşlarını döyüb, onlara məxsus videokameranı, səs qurğusunu və digər avadanlıqları sındırıb.

 

Toplanmış material rayon prokurorluğuna göndərilib.

 

 

Short URL: http://www.cumhuriyyet.net/?p=66213

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728